Ukraynada saxlanılan nazir müavini ilə bağlı yeni qərar – FOTO / YENİLƏNDİ

Ukraynada saxlanılan nazir müavini ilə bağlı yeni qərar - FOTO / YENİLƏNDİ

Ukraynada icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazirinin saxlanılan müavini Vasili Lozinski işdən çıxarılıb.

Bu barədə Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

Qeyd edək ki, o, nazir səlahiyyətlərini icra edirdi.

***

Ukraynanın saxlanılan icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinski vəzifəsindən kənarlaşdırılacaq

Bu barədə Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

***

Ukraynanın Milli Antikorrupsiya Bürosu axtarışlar aparıb və icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskini saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin “Ukrainska Pravda” nəşri  məlumat yayıb.

Bildirilir ki, İstintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.