İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu İran xalqına səslənib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Baş nazir Benyamin Netanyahu bunu tez-tez deyir: İranlılar möhtəşəm mədəniyyətinin varisləridir, zəngin tarixə malik istedadlı və bacarıqlı xalqdır. Biz sizin düşməniniz deyilik, mübarizəmiz sizə zülm edən zalım rejimlədir. Xalqlarımız arasında sülhün, azadlığın və dostluğun gələcəyinə inanırıq”, – deyə xanım Netanyahu yazıb.
Əliyar Xəlil
Globalinfo.az