Həmçinin oxuyun:

Qobustanda qəza: Sürücü xilas edildi

qeza

Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

FHN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

***

Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.

Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Paylaş: