WhatsApp Image 2025 06 13 at 15.32.26

İyunun 13-dən bəri İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 2800 nəfər yaralanıb, onlardan 2 mini artıq xəstəxanalardan buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, iyunun 20-də baş verən hücumlar nəticəsində altı təcili yardım maşını zədələnərək sıradan çıxıb, həmçinin 14 tibb işçisi yaralanıb, iki nəfər isə həlak olub. Nazirlik, eyni zamanda, İranda səhiyyə sahəsində heç bir problemin olmadığını bildirib.

Paylaş: