tramp 3

ABŞ Prezidenti Donald Trampın Ağ Evin Situasiya Otağında milli təhlükəsizlik müşavirləri ilə görüşü bir saatdan çox davam edib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.

Kanal Ağ Ev rəhbərinin İsrailin İrana zərbələrinə qoşulmağı düşündüyünü irəli sürüb:

“Lakin bu məsələdə Trampın müşavirləri arasında birlik yoxdur”.

“Vol Strit Jurnal” qeyd edib ki, Vaşinqtonun Tehrana qarşı əməliyyatda hərbi iştirakı müşavirədə müzakirə olunan variantlardan olub:

“Buna baxmayaraq, onlar konkrey qərara gələ bilməyiblər”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: