“Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasının əleyhinəyəm”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki deyib.
O bildirib ki, bu məsələ müzakirə edilərkən digər ölkələrin də maraqları nəzərə alınmalıdır.
“Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinəyəm. Ukrayna bilməlidir ki, Polşa və Macarıstan kimi digər Avropa ölkələrinin də öz maraqları var”.
Onun fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü bu ölkələrin iqtisadiyyatına və kənd təsərrüfatına mənfi təsir göstərə bilər.
O bildirib ki, Polşa strateji və geosiyasi baxımdan Ukraynanı dəstəkləməlidir, çünki region üçün ən böyük təhdid Rusiyadır.
“Biz – Polşa dövləti Ukraynanı strateji və geosiyasi baxımdan dəstəkləməliyik. Bütün region üçün ən böyük təhlükə Rusiyadır. Mənə qarşı orada təqib var, hətta beş il hərbi əsir düşərgəsində cəza ilə hədələnirəm”, – siyasətçi qeyd edib.
Əliyar Xəlil