Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.
Globalinfo.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Latviya yığması ilə üz-üzə gəlib.
Riqadakı “Skonto” stadionunda təşkil olunan görüş qolsuz bərabərliklə başa çatıb – 0:0. Qarşılaşmada qonaq komandanın üstünlüyünə olan yeganə məqam 3 sarı vərəqənin hamısını yerli yığmanın almasıdır.
Bu, portuqaliyalı mütəxəssisin Azərbaycan millisi ilə keçirdiyi ardıcıl 9-cu qələbəsiz oyunu olub O, yığmanın sükanı arxasına keçəndən sonra oynanılan qarşılaşmalarda 2-ci heç-heçə qeydə alınıb. İlk heç-heçə UEFA Millətlər Liqasının V turunda evdə Estoniya ilə oyunda baş verib. Əsas milli Santuşun rəhbərliyi altında meydana çıxdığı son 5 oyunda qol vura bilmir.
İki komanda arasındakı qarşılaşmalar isə ümumilikdə 3 dəfə heç-heçə, hərəyə bir dəfə isə qələbə ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu evdə Macarıstana qarşı keçirəcək. İyunun 10-da “Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.
***09:48
Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxacaq.
Globalinfo.az xəbər verir ki, yığma səfərdə Latviya ilə qarşılaşacaq. Riqa şəhərindəki “Skonto” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qarşılaşmanı maltalı Trustin Farruca Kann idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda digər yoldaşlıq görüşündə Macarıstanı qəbul edəcək.