“ABŞ-ın danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü şərtlər bizə ziddir”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Lideri Seyid Əli Xamenei deyib.

“Siz kimsiniz ki, İrana deyirsiniz, nüvə proqramımız olsun, ya yox? Danışıqlar Omanın vasitəçiliyi ilə getsə də, Vaşinqtonun bütün təklifləri prinsiplərimizin 100 faiz əleyhinədir. ABŞ nüvə proqramımızı zəiflədə bilməyəcək”,  – o bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, mümkün nüvə sazişi İranda uranın zənginləşdirilməsi üzrə istənilən fəaliyyəti istisna edəcək.

İran Xarici İşlər Nazirliyi isə bu istiqamətdə qoyulan qadağanı “qırmızı xətt” kimi qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: