“Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında üçtərəfli görüşün yaxın gələcəkdə baş tutması ehtimalı azdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, belə təmaslar texniki razılaşmaların nəticəsində baş tutur:
“Açığı, bu, yaxın gələcəkdə mümkün görünmür. Rusiya lideri dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olduğunu söyləyib. Putin bu fikri dəstəkləyir, lakin o, belə görüşlərin yaxşı hazırlanmalı olduğunu düşünür”.