Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXVI tura start verilib.
Globalinfo.az xəbər verir ki, son turun açılış matçında “Səbail” “Sumqayıt”ı qəbul edib.
“ASCO Arena”da keçirilmiş görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Bu qələbə sayəsində xallarını 33-ə çatdıran “Sumqayıt” 8-ci pilləyə yüksəlib. “Səbail” isə 22 xalla 10-cu pillədədir və Premyer Liqanı tərk edib.
Qeyd edək ki, turun qalan oyunları 24 – 25 mayda keçiriləcək.














