2024 11 15 volodimir zelenski aa

“Krımı azad etmək lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Krım tatarlarının sürgününün 81-ci ili ilə bağlı çıxış edib.

“Bu gün hər bir qəddar imperiyanın niyə dağıdılmalı olduğunu xatırlamalıyıq. Bütün Ukrayna əraziləri kimi, Krım da azad olmalıdır. İmperiyalar həmişə süqut edir”, – Zelenski yazıb.

Qeyd edək ki, mayın 15-də Ukrayna prezidenti Ankarada keçirdiyi mətbuat konfransında Kiyevin ərazi məsələlərini müzakirə edə bilməyəcəyini açıqlayıb. “Bu, Ukrayna konstitusiyasının pozulmasıdır”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: