ABŞ Prezidenti Donald Trampın G7 Sammiti zamanı səsləndirdiyi “buranın ağası mənəm” ifadəsi siyasi müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı açıqlama verib.
Baxçalı bildirib ki, həmin ifadə təsadüfi deyil və Trampın siyasi üslubunda güc nümayişini əks etdirir:
“Bu cür açıqlamalar İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik balansı və Transatlantik münasibətlərin mahiyyəti barədə yeni müzakirələr yaradır”.
MHP lideri əlavə edib ki, bu ifadə “ortaq dəyərlər” anlayışının arxasında gizlənən real güc münasibətlərini ortaya çıxarır və beynəlxalq siyasətdə mövcud ziddiyyətləri daha açıq şəkildə görünən edir.
Safura Bənnayeva
Globalinfo.az