1650352345 sanksiya rusiya

Almaniya Kansleri Fridrix Mertz Rusiyaya qarşı yeni sanksiyalar paketinin tam hazırlandığını və mayın 20-də Brüsseldə qəbul ediləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, ZDF telekanalına müsahibəsində bildirib.

“Bu sanksiya paketi artıq hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul olunacaq. Konsultasiyalar artıq yekunlaşıb”, – deyə o, qeyd edib.

Kanslerin sözlərinə görə, yeni məhdudiyyətlər dərhal qüvvəyə minəcək və növbəti sanksiyalar paketi üzərində hazırlıq işləri davam edir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: