Azərbaycanda bəzi yollar buz bağlayacaq – DİQQƏT

Azərbaycanda bəzi yollar buz bağlayacaq - DİQQƏT

Yanvarın 16-da ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı gözlənilir.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.