SSRİ xalq artisti Mixail Puqovkin Böyük Vətən Müharibəsi illərində ayağını itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İrina Puqovkina-Lavrova “Real hadisələrə əsaslanaraq” verilişinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, müharibədə sənətçi sol ayağından yaralanıb:
“Mixailin ayağında qanqren yaranıb. Ağrıkəsicilər olmadan onun ayağını kəsmək istəyiblər. Amma sonra Stalinin əmrini gətirdilər. O tapşırmışdı ki, əsgər və zabitlərin əzalarının mənasız amputasiyasını dayandırmaq lazımdır və kəsmək olmaz. Nəticədə həyat yoldaşım evə qayıtdı və müalicə edildi”.
Qeyd edək ki, aktyor 1941-ci ilin iyun ayının sonlarında könüllü olaraq cəbhəyə yollanmışdı.
Günay Rəsulqızı
Globalinfo.az