ABŞ müdafiə naziri Pit Heqset Yəməndə husilərə dəstək verdiyi üçün İrana sərt xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında “İrana mesaj” başlığı ilə paylaşım edib.
“Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi çox yaxşı bilirik. Siz də ABŞ ordusunun nə edə biləcəyinin fərqindəsiniz. Bununla bağlı əvvəllər də xəbərdarlıq etmişik. Bu əməl cəzasız qalmayacaq. Seçdiyimiz vaxt və məkanda bunun nəticələrini görəcəksiniz”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 15-də Yəməndə husilərə qarşı genişmiqyaslı hücuma başlamaq əmri verib.
Günay Rəsulqızı
Globalinfo.az