aerial drone view istanbul sunset turkey scaled
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ zamanı 1903 binaya zərər dəydiyini deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin toplantısı zamanı danışıb.

O, zəlzələ mövzusunun gündəlik siyasətin kənarında saxlanılması gərəkdiyini vurğulayıb.

Prezident çıxışında bildirib ki, zəlzələ baş verdiyi zaman digər şəhərlərin bələdiyyələri dərhal İstanbula kömək göndəriblər. Evinə girməkdən çəkinən vətəndaşlar üçün Millət Bağçaları xidmət göstərib, 200 min nəfərdən çox vətəndaş sığınacaqla təmin edilib. 1903 binada zərər olduğu müəyyən edilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: