Türkiyənin Kütahya bölgəsində səhər saatlarında ard-arda üç zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
İlk zəlzələ 4,6, ikincisi 3,9 bal gücündə baş verib. Saat 10:20 radələrində isə 4,6 bal gücündə üçüncü zəlzələ olub. Zəlzələ ocağının Simav bölgəsində 8,81 kilometr dərinlikdə qeydə alındığı açıqlanıb.
Hazırda ərazidə yoxlama işləri həyata keçirilir. Dağıntı və tələfatla bağlı məlumat yoxdur. Lakin tədbir məqsədi ilə məktəblərdə bir günlük tətil elan edilib.
Qeyd edək ki, aprelin 23-də İstanbulda baş verən 6,2 bal maqnitudalı zəlzələdən sonra 200-dən çox afterşoklar qeydə alınıb.
Ayşən Mustafa
Globalinfo.az