
Globalinfo.az xəbər verir ki, beynəlxalq dairələr Avstraliyanı futbolçuların İrana qaytarılmasına icazə verməməyə və onları sığınacağa yerləşdirməyə çağırır.
“Cənab baş nazir, bunu etməyin. Onlara sığınacaq verin. Əgər siz qəbul etməsəniz, ABŞ bu addımı atmağa hazırdır”, – deyə çağırış edən tərəf bildirib.
Məsələ Avstraliyada keçirilən Asiya Kuboku zamanı İran yığmasının bəzi futbolçularının milli himni oxumaqdan imtina etməsindən sonra daha da gərginləşib. Bu addım İranda ciddi narazılıqla qarşılanıb və həmin futbolçular artıq sosial şəbəkələrdə “xəyanətkar” adlandırılır.
Hüquq müdafiəçiləri isə xəbərdarlıq edir ki, futbolçuların vətənə qayıdışı onların repressiya və təzyiqlə üzləşməsi riskini artıra bilər. Buna görə də beynəlxalq təşkilatlar Avstraliya hökumətini idmançıların təhlükəsizliyini təmin etmək üçün humanitar addımlar atmağa çağırır.
Bu arada ABŞ lideri Donald Tramp da Avstraliya baş nazirinə çağırış edərək, ondan iranlı qadın futbolçulara sığınacaq verməsini istəyib.
Əliyar Xəlil