Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
“Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Dmitri Rusnak Rusiyaya 2024-cü ildə gəlib. Onun məqsədi Rusiya rəhbərliyinin Moldova ilə bağlı planları haqqında məxfi məlumat toplamaq olub”, – deyə bildirilib.
Rusnak Rusiyanın təhlükəsizlik qüvvələrinin və digər dövlət qurumlarının fəaliyyəti ilə də maraqlanıb.
Onun ölkəyə girişi 60 il müddətinə qadağan edilib.
Günay Rəsulqızı
Globalinfo.az