trampppp

ABŞ Prezidenti Donald Tramp bəzi texnoloji məhsulları ticarət tariflərindən azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Bu qərar, xüsusilə Çin istehsalı olan məhsullar üçün nəzərdə tutulan 145%-lik tariflərdən azad olunmasını əhatə edir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən yayımlanan məlumata görə, tarif azadlığı aşağıdakı məhsulları əhatə edir:

  • Ağıllı telefonlar
  • Noutbuklar
  • Yaddaş kartları
  • Sərt disklər
  • Yarıkeçiricilər və onların istehsalı üçün avadanlıqlar
  • Günəş panelləri
  • Düz ekranlı monitorlar

Bu qərar, 5 aprel 2025-ci ildən etibarən ABŞ-a idxal edilən və ya anbarlardan çıxarılan məhsullara şamil olunur.

Qeyd edək ki, 2 aprel 2025-ci ildə yeni ticarət tarifləri tətbiq edilib.

Paylaş: