Bu gün Ukrayna Hərbi Hava Qüvvələrinin 21 yaşlı pilotu Pavel İvanov F-16 qırıcı təyyarəsi ilə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, F-16 pilotları hazırda çox çətin şəraitdə döyüş tapşırıqları yerinə yetirirlər və Pavel İvanov da onlardan biri olub.
Hadisənin təfərrüatı araşdırılır və bununla bağlı nazirliklərarası komissiya fəaliyyətə başlayıb.














