ABŞ və İran arasında aparılan danışıqlar tərəflərin mövqelərinin bir-birinə yaxınlaşmasına səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Oman sultanlığının xarici işlər naziri bildirib.
Nazir əlavə edib ki, Oman qlobal və regional sülhün əldə olunması üçün bu ölkələrlə əməkdaşlığı davam etdirəcək.
***
İran və ABŞ arasında nüvə proqramı ətrafında aparılan müzakirələr konstruktiv mühitdə keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.
“Omanın vasitəçiliyi ilə baş tutan danışıqlar konstruktiv mühitdə və qarşılıqlı hörmət əsasında keçirilib”, – məlumatda deyilir.
***
ABŞ və İran arasında dolayı danışıqlar başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran nümayəndə heyətinin adı açıqlanmayan nümayəndəsinin məluatına görə, danışıqlar uğurla tamamlanıb. Agentlikdən verilən məlumatda danışıqların növbəti mərhələsinin gələn həftə keçiriləcəyi deyilir.
***
15:43
İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.
Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.
Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq.