pit heqset

ABŞ və Panama hökumətləri Panama kanalının təhlükəsizliyi və istismarı ilə bağlı birgə bəyanat imzalamağa hazırlaşır. Bu sənəd amerikalı hərbi gəmilər və yardımçı donanma üçün kanaldan sərbəst və üstünlük əsasında keçidi təmin edəcək.

Globalinfo.az xəbər verir ki, ABŞ-ın Pentaqon rəhbəri bu açıqlamanı Panamada ölkənin ictimai təhlükəsizlik naziri Frank Abreqo ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Tədbir Panama-Siti şəhərində baş tutub və konfransın canlı yayımı ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında təqdim olunub.

“Biz Panama kanalının təhlükəsizliyini təmin edir və Çinin dağıdıcı təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, Panama və Amerika tərəfindən qorunmalı olan strateji əhəmiyyətli ərazidir”, – deyə Heqset vurğulayıb.

Nazir həmçinin bildirib ki, ABŞ və Panama artıq təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Mətbuat konfransından dərhal sonra isə Panama kanalının istismarına cavabdeh nazirliklə birlikdə kanalın təhlükəsizliyi və istifadəsinə dair birgə bəyannamə imzalanacaq.

“Bu sənəd ABŞ hərbi və yardımçı gəmilərinin Panama kanalından sərbəst və üstün keçidinə hüquqi əsas yaradacaq”, – deyə o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: