2023 07 19T151444Z 1996768169 RC2D62AZWRPK RTRMADP 3 ISRAEL PALESTINIANS GAZA HAMAS e1696963050652 1024x650 1
İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının təbliğat aparatının əsas üzvlərindən birini məhv etdiyini bildirib. İsrail tərəfinin fikrincə, öldürülən Məhəmməd Saleh əl-Bərdavil mediadan psixoloji terror aləti kimi istifadə edərək yalan məlumatlar yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi qanadında təbliğat və psixoloji terrora nəzarət edən terrorçu Məhəmməd Saleh əl-Bərdavili öldürüb. Əl-Bərdavil HƏMAS-ın təbliğat aparatında mərkəzi rol oynayıb”, – bəyanatda deyilir.

Departament qeyd edib ki, öldürülən şəxs Həmas terror təşkilatı tərəfindən yayılan və Qəzzada oğurlanmış israillilərin görüntüləndiyi təbliğat videolarının çəkilməsində fəal iştirak edib.
“Onu Qəzzada tanınmış jurnalist adlandırsalar da, o HƏMAS-ın təhrik və terror mexanizminin ayrılmaz hissəsi olub”, – deyə departament əlavə edib.

Bundan başqa, Ordu “Həmas” terror təşkilatına qarşı mübarizəni davam etdirəcəklərini və İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldıracaqlarını” bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: