“ABŞ Qrenlandiyanı ələ keçirə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen adanın paytaxtı Nuukda keçirilən mətbuat konfransında bildirib.
“Qrenlandiya qrenlandiyalılara məxsusdur və ABŞ bu adanı ələ keçirə bilməyəcək. Təbii ki, bunu biz hamımız qarşıdakı günlərdə birgə bəyan edəcəyik”, – o deyib.
Qeyd edək ki, bu gün Frederiksen Qrenlandiyaya səfər edib. Bu, onun 11 martda adada keçirilən seçkilərdən sonra Qrenlandiyaya ilk səfəridir. Danimarkalı siyasətçi Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen və gələcək hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
Aysel Əliyeva
Globalinfo.az