0252a399 58e6 35bb aaa8 ac11dd66334c 850

Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya əcnəbi baş məşqçi təyin etməyi planlaşdırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Qeyd edilir ki, baş məşqçi Dorival Juniorun istefaya göndərilməsindən sonra Konfederasiya onu əvəz edəcək 3 əsas namizədi nəzərdən keçirir.

Karlo Ançelotti (“Real Madrid”), Xosep Qvardiola (“Mançester Siti”) və Jorji Jezuş (“Əl-Hilal”).

İddialara görə, qurumun prezidenti Ednaldo Rodriqes Ançelottinin namizədliyinə üstünlük verir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: