9fd06975 6780 36dc 8eff 2ff27e8dbe30 850

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktorunun vəzifədən azad olunması ilə bağlı TƏBİB açıqlama verib.

Bildirilib ki, xəstəxananın direktoru Məmmədtağı Əhmədov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 18 mart 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.

***18:47

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, direktor Məmmədtağı Əhmədov müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, M.Əhmədov sözügedən vəzifəyə 2021-ci ilin iyun ayında təyinat almışdı.

Paylaş: