ukrayna 0

Rusiya-Ukrayna müharibəsi ən çətin mərhələyə qədəm qoyub. ABŞ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müəyyən addımlar atmağa başlayıb. 30 günlük atəşkəsin əldə olunması istiqamətində aparılan danışıqlar da buna nümunədir. Ukrayna bir tərəfdən atəşkəsə razı olduğunu bildirir, digər tərəfdən isə Moskva və bəzi ərazilərə PUA hücumu həyata keçirir. Rusiya isə Kursk istiqamətində uğurlu əks-hücum əməliyyatlarını həyata keçirməyə başlayıb. Bütün bu proseslər müəyyən sualların yaranmasına səbəb olur.

Moskva-Kiyev-Vaşinqton üçbucağında nə baş verir?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, ABŞ nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfəri çərçivəsində 30 gün müddətində atəşkəsin olması ilə bağlı müzakirələr aparıldı:

“Rusiya müəyyən şərtlərin təmin olunması halında əməliyyarları dayandırmağa hazır olduğunu bildirib. Bu o deməkdir ki, Putin əvvəlki mövqeyində qalmaqdadır. Sadəcə mənfi tərəf kimi görünməmək üçün ABŞ-a yox demək istəmir. Şərtlər isə bundan ibarətdir. İlk növbədə Ukraynada mobilizasiya dayandırılmalı demobilizasiya olunmalıdır. NATO-ya üzvlükdən imtina olunmalıdır və bu ölkə konstitusiyasında əksini tapmalıdır. Cəbhədəki reallığı qəbul etməlidir”.

sultan zahidov yeni 1

Sultan Zahidov

Politoloqun sözlərinə görə, bunlar atəşkəs deyil, kaputuliyasiya şərtləridir:

“Ukraynada hansısa Avropa kontingentinin yerləşməsinə Rusiya qarşı çıxır. Görünür, Rusiyanın sülh niyyəti yoxdur. Hərbi münaqişəni daha da uzatmaq istəyir.

Ümumilikdə vəziyyət daha da gərginləşəcək və eskalasiya artacaq. ABŞ Ukraynaya silah yardımını davam etdirir. Aİ-nin proseslərə mümkün müdaxiləsi ilə müharibənin daha da genişlənəcəyini proqnozlaşdırmaq olar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: