Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Tərəflər Ukraynanı müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti yazılı açıqlama verib.
Starmer ötən həftə Ukrayna ilə bağlı baş tutan görüş (martın 2-də Londonda keçirilən görüş nəzərdə tutulur – red.) barədə ABŞ liderinə məlumat verib. Bundan başqa, o, Ciddədə keçiriləcək danışıqların ABŞ-ın Ukraynaya yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə kömək olacağına ümid etdiyini diqqətə çatdırıb.
Aysel Əliyeva
Globalinfo.az