Ukrayna bu sahə üzrə siyahıda birincidir

Ukrayna bu sahə üzrə siyahıda birincidir

Ukrayna 2020-2024-cü illərdə dünyanın ən iri silah idxalçısı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, azı 35 ölkə həmin illərdə Ukraynaya silah tədarük edib. Bununla da Ukrayna dünya silah idxalının 8,8 faizini əhatə edib.

Ukraynaya ən çox silah ABŞ-dan (45 faiz), Almaniyada (12 faiz) və Polşadan (11 faiz) daxil olub. Araşdırmanın hesabatında o da qeyd olunur ki, Ukrayna 2020-2024-cü illərdə dünyanın ən iri silah idxalçısı siyahısında onluğa düşən yeganə Avropa ölkəsidir.

Aysel Əliyeva
Globalinfo.az