
İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin kəsimləsi barədə göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti bildirib.
Məlumata əsasən, İsrail anklavın mərkəzi hissəsində duzsuzlaşdırma qurğusunun fəaliyyətini təmin etmək üçün Qəzzaya elektrik enerjisi verib.
Bildirilib ki, Qəzzada əsas elektrik enerjisi generatorlar tərəfindən təmin edilir, lakin artıq bir həftədir ki, zolaq onları işlətmək üçün yanacaq almır.
Nazir qeyd edib ki, HAMAS-ın Qəzzada saxladığı bütün girovların azad buraxılması üçün bütün müvafiq vasitələrdən istifadə edirlər.
Hazırda Qəzzada 59 israilli girovun olduğu ehtimal edilir.














