Çin, Rusiya və İran martın birinci yarısında birgə hərbi təlim keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın əvvəlindən ortalarına qədər Çin, İran və Rusiya donanmaları “Təhlükəsizlik 2025” adlı birgə təlimlər keçirəcək. Təlimlər üç ölkə arasında hərbi qarşılıqlı etimad və əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır”, – deyə nazirlik qeyd edib.
Bildirilib ki, təlim dəniz hədəflərinə hücum, təsadüfi yoxlamalar, zərərin aradan qaldırılması, birgə axtarış və xilasetmə kimi müxtəlif dəniz əməliyyatlarını əhatə edəcək.
Təlimdə Çinin 47-ci müşayiət donanmasının “Baotou” esminesi və hərtərəfli təchizat gəmisi iştirak edəcək.
Manevrlər İranın Çabahar limanı yaxınlığındakı sularda baş tutacaq.
Qeyd edək ki, bu, 2019-cu ildən bəri 3 ölkənin 5-ci birgə hərbi dəniz təlimi olacaq.
Günay Rəsulqızı
Globalinfo.az