Dəhşətli qırğınlar olacaq: sırada iki ölkə var – Danielyan

Dəhşətli qırğınlar olacaq: sırada iki ölkə var – Danielyan

“Bu gün Suriyada baş verənlər ələvilərin (üsyançı Əsəd tərəfdarları – red.) soyqırımının müqəddiməsidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan yazıb.

O bildirib ki, tezliklə Yaxın Şərqdə daha çox belə qırğınların şahidi olacağıq:

“İslam dünyası qan tökülmə dövrünə qədəm qoyur. Bu ssenari çoxdan proqnozlaşdırılmışdı. Sırada İran və Ermənistan var”, – deyən Danielyan prosesdə dolayı yolla ABŞ və Türkiyəni ittiham edib.

Qeyd edək ki, Latakiyada Əsədə bağlı qüvvələr (İranın dəstəklədiyi ələvilər – red.) hökumət qüvvələrinə 6 martda hücum edib. Suriya ordusu artıq üsyançıların ələ keçirdiyi şəhər və kəndləri geri alıb, Əsəd tərəfdarlarının doğma şəhəri sayılan Qardahaya daxil olub.

Safura Bənnayeva
Globalinfo.az