28.02.2025-ci il tarixində saat 19:30-da Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.
Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.
Qəza nəticəsində ölənlər 1990-cı il təvəlldlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.
***
Ağcabədi rayonunda zəncirvari qəzada beş nəfər ölüb, yeddi nəfər yaralanıb.
Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
“Mersedes”, “Hunday” və VAZ markalı avtomobillərin iştirakı ilə baş verən qəzada VAZ-ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
