akroz

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclsinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasının çökdürülməsi prosesinə start verilib. Talıbov ilk olaraq biznes imperisyasının ən iri subyektlərindən olan “Gəmiqaya Holdinq”i itirib. Şirkət bu gündən etibarən “Arkoz Holdinq” adı ilə fəaliyyət göstərəcək.

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Vasif Talıbovla bağlı proseslərin ilk gündlərindən “Gəmiqaya Holdinq”də əl dəyişimi həyata keçirilib. Holdinqin bütün subyektlərinin adı dəyişdirilib. İndi “Gəmiqaya Holdinq”ə daxil olan bütün şirkətlərin adı “Arkoz”la başlayır.

Hazırda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarında “Arkoz Metal Konstruksiyalar Zavodu”, “Arkoz Travertin-Mərmər Zavodu”, “Arkoz Mebel Fabriki”, “Arkoz Avto-Servis”, “Arkoz Qazax Sement Zavodu”, “Arkoz İnaşşat Şirkəti”, “Arkoz Kərpic Kompleksi”, “Arkoz Merketinq”  və “Arkoz Yol-Su Enerji” şirkətlərinin adına rast gəlinir.

1673006254 07c2d488b2da90cc3b763137d4e3192escreenshot 1 jpg

Bu şirkətlərin bir çoxu Naxçıvan şəhər Vergilər İdarəsində qeydiyyatdadır. Onların yaranma tarixi illər əvvəli əhatə edir. Məlumatlara görə, bu şirkətlər vaxtilə “Gəmiqaya Holdinq”ə daxil olub. Vasif Talıbovun holdinqi adını dəyişəndən sonra ona daxil olan şirkətlərin də adında dəyişiklik edilib.

Bəs “Akroz Holdinq”in sahibi və rəhbəri kimdir? 

Biznes mərkəzli sosial şəbəkə olan “Linkedİn”də “Arkoz Holdinq”in sahibi və idarəçisi kimi Çengiz Çelikin adı qeyd edilib. Çengiz Çelik türkiyəli memardır. O, “Akroz Ağrı Sement Zavod”unun direktorudur. Ümumiyyətlə, “Akroz Holdinq” adını “Akroz Mədənçilik Şirkəti”ndən götürüb. Bu şirkət Türkiyənin ən iri mədəçilik şirkətlərindən biridir.

 

Paylaş: