Ermənistan Avropa İttifaqına üzvlük üçün real olmayan gözləntilər bəsləməməlidir.
Globalinfo.az xəbər verir ki, bunu Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovs deyib.
“Real tarix deyəsi olsaq, bu, beş, yeddi, yaxud da 10 ilə baş verə bilər”, – Uşakovs bildirib.
Uşakovsun fikrincə, hər hansı bir politoloqun Ermənistanın bir neçə il ərzində Aİ-yə üzv ola biləcəyini deməsi “şişirdilmiş gözlənti”dən başqa bir şey deyil.
“Bu proses Latviya, Litva, Slovakiya və Çexiyada olduğu kimi illərlə davam edəcək. Mənim ölkəm Latviya illər sonra Aİ-yə üzv ola bildi, Ermənistan da elə olacaq. Real müddət deyəsi olsaq, bu, beş, yeddi və ya on il ola bilər”, – o qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az