Qarabağda ermənilər üsyan edir: “Arayik, cavab ver!” – VİDEO

Qarabağda yaşayan ermənilər separatçıların rəhbərliyinə qəzəbləniblər.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb. Ermənilər Arayik Arutyunyanın başçılıq etdiyi xuntanın qoyduğu qiymətlərə etiraz ediblər.

“İrəvanda bir kiloqram yaxşı əriyi 350 drama (1.54 manat) satırlar. Belə bir sual vermək istəyirəm? Nəyə görə Qarabağda əriyin qiyməti rəsmi olaraq 900 dram (3,96 manat) təsdiqlənsə də, xalqa 3000 drama (13.19 manat) satırlar? Arayik Arutyunyan, cavab ver, kəndlilərdən neçəyə alırsan əriyi? Etibarlı mənbələr bildirirlər ki, topdan 200-250 drama (1.1 manat) alırsınız. Xalqı niyə aldadırsınız? “,- sakinlər bildirib.

Görünür separatçılar məhz bu yolla regionda süni qıtlıq və aclıq vəziyyəti yaratmağa çalışırlar.

Malik
Globalinfo.az