42OD6SXPJVILHMLKUSFHGXDXTE 1739845768

ABŞ gələn həftə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmeri qarşılamağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat yayıb.

Məlumata görə, Ukrayna münaqişəsinin tənzimlənməsi barədə müzakirələr aparılacaq.

“Yeddi məmur Avropada, Münxendə olub və bizim avropalı müttəfiqlərimizlə danışıblar. Gələn həftə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona səfər edəcək. Növbəti mərhələ daha geniş müzakirələr üçün texniki qrupun formalaşdırılması olacaq”, – Uolts bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: