Tramp-Putin danışığı: Ukrayna üçün ideal ssenari var – KİV

Tramp-Putin danışığı: Ukrayna üçün ideal ssenari var - KİV

Ukrayna savaşının bitməsi üçün üç ssenari açıqlanıb.

Globalinfo.az xəbər verir ki, ABŞ-Rusiya prezidentlərinin telefon danışığından sonra “Bloomberg” agentliyində bu barədə material dərc olunub. Analitiklər qeyd edirlər ki, əsas çıxış yolu Kiyevin əleyhinə olacaq.

“İlk ssenaridə yaxın gələcəkdə Rusiya Federasiyası tərəfindən ilhaq edilmiş Ukrayna əraziləri asılı vəziyyətə düşəcək və faktiki olaraq nəzarət altında qalacaq. Bəzi ərazi mübadiləsi mümkündür, o cümlədən Kursk vilayəti…Ukrayna müəyyən təhlükəsizlik zəmanətləri alacaq və danışıqların böyük hissəsi buna yönələcək. Güman ki, bu, liderlərin qərarlarından asılı olacaq”.

İkinci ehtimalın Ukrayna üçün ideal olduğu bildirilir: “Rusiya sülh müqaviləsinin şərtlərini pozarsa, ABŞ və Avropa ölkələrinin müdaxiləsi mümkündür. Lakin Rusiya ilə birbaşa münaqişə təhlükəsi narahatlıq doğurur. Bunun müqabilində Kiyevin müttəfiqləri Ukraynaya hərbi yardımı artırmaq, Rusiyaya qarşı sanksiyaları yenidən tətbiq etmək və ya gücləndirmək vədləri verə bilərlər. Bu ssenari həm də Ukraynanın 10 il ərzində Avropa İttifaqının şərqində möhkəmlənməsinə yol aça bilər”.

Nəşr üçüncü ssenarini “kabus” adlandırıb: “ABŞ Prezidenti Donald Tramp hər hansı razılaşma əldə olunmamış Ukraynaya hərbi və maliyyə yardımını kəsə, problemlərin həllini Avropanın üzərinə ata bilər”.

Xatırladaq ki, ABŞ hələ də münaqişənin sona çatması ilə bağlı rəsmi plan təqdim etməyib.

Əliyar Xəlil
Globalinfo.az