iran region xerite 13414

“Ermənistanın KTMT-dən çıxması İrəvanla Ankara arasında münaqişəyə şərait yarada bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə İMEMO RAS-ın hesabatında deyilir.

Hesabatda bildirilir ki, Ermənistan və Azərbaycan arasında yeni hərbi toqquşma ehtimalı yaransa, nə ABŞ, nə də Avropa ölkələri İrəvanın təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edə bilməyəcək.

Odur ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) rəsmi çıxması və Rusiya qoşunlarının ölkəni tərk etməsi fonunda Ermənistana qarşı sərt addımların atılması mümkün ola bilər.

“Ermənistan rəhbərliyi 2022-ci ildən Rusiya və KTMT ilə hərbi-texniki sahədə münasibətləri məhdudlaşdırır, eyni zamanda ABŞ, NATO və Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini artırır. Bununla yanaşı, ABŞ İrəvana ciddi təhlükəsizlik təminatları vermir və Avropa İttifaqının üzvləri arasında yalnız Fransa, Yunanıstan və Kipr Ermənistanı  dəstəkləyir. Amma yeni hərbi toqquşma baş verəcəyi təqdirdə bu dövlətlər Ermənistanın təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edə bilməyəcəklər”, – hesabatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: