“ABŞ-ın 100-ə yaxın xüsusi təyinatlı veteranı Qəzza keçid məntəqəsində yerləşdiriləcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“ABŞ-a məxsus kiçik bir təhlükəsizlik şirkəti atəşkəs zamanı Qəzza keçid məntəqəsini mühafizə etmək üçün 100-ə yaxın veteranı işə götürüb. Şirkət işə götürdüyü veteranlara gündəlik 1100 dollar verir. Həm də onlara 10 min dollar əmanət təklif edir.
Onlar Qəzzanın dərinliklərindəki bir keçid məntəqəsində işləyəcəklər. Şirkət sözçüsü bildirib ki, bir neçə nəfər işə götürülüb və onlar artıq keçid məntəqəsindədirlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az














