putin telefon 0

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak etdiyi Strateji Təşəbbüslər Agentliyinin şurasının iclasını tələsik tərk etməli olub.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb Putinə dünya liderlərindən birinin zəng etməsi olub.

Rusiya lideri telefonla danışmaq üçün “beş dəqiqəlik” uzaqlaşmaq məcburiyyətində qaldığını bildirib:

“Beynəlxalq telefon danışığı aparmalıyam. Əvvəlcədən üzr istəyirəm. Beş dəqiqə ekrandan uzaqlaşmalıyam. Danışıb qayıdacağam”, – Putin deyib.

Rusiya lideri daha sonra iclasa qayıdıb.

Sonra məlum olub ki, Putinə zəng edən Qvineya-Bisaudan olan həmkarı Oumar Sisoku Embalo olub. O, həmkarı ilə iki ölkə arasında münasibətləri müzakirə edib.

Paylaş: