Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını alqışlayırıq”, – deyə o vurğulayıb.
Putin onu da əlavə edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın bu gün andiçmə mərasimi keçiriləcək.