Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Görüşdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.
“Narışkin Ankaraya gəldi və orada Rusiyanın ABŞ-ın sülh planı ilə bağlı mövqeyi haqqında bizə məlumat verdi.
Bu məsələ ətrafında inkişaf var və biz bütün bunları dəyərləndirmişik”, – Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Safura Bənnayeva
Globalinfo.az