1736972668 photo 5783113605561042798 y

Xəbər verdiyimiz kimi, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəlib.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, qəzzalılar bu xəbəri sevinc göz yaşları ilə qarşılayıb.

Atəşkəs bazar günü, yanvarın 19-da başlayacaq. Müqavilənin birinci mərhələsi 42 gün davam edəcək

HƏMAS ilk mərhələdə bəzi fələstinli məhbusların qarşılığında 33 israilli məhbusu azad edəcək.

Razılaşma İsrailin Qəzza zolağına 467 gündür davam edən və 156.000-dən çox ölü və yaralı ilə nəticələnən hücumlara başlamasından sonra əldə edilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

 

Paylaş: