qeza 9

Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb.

Qəza zamanı ağır kəllə beyin travması alan 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu xəstəxanada ölüb.

***17:00

Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ağır yaralanıb, vəziyyəti kritikdir. Digər 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş: