285c9d9d 192a 31cc a677 36dc1c1cbf29 850

İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyini ziyarət edərək başsağlığı veriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti bildirib.

“İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan Respublikasının İran İR Səfirliyini ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı Səfirliyimizə başsağlığı verib, kitaba ürək sözlərini yazıblar”, – diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, bir sıra xarici ölkələrin Tehrandakı səfirləri, hərbi attaşeləri və diplomatları Azərbaycanın diplomatik missiyasını ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı baş sağlığı verib, kitaba ürək sözlərini yazıblar.

Paylaş: