Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
O bildirib ki, qəza nəticəsində 38 nəfər həyatını itirib:
“Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri ölüb, 3 nəfər sağ qalıb”, – Karabayev deyib.
“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, – Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.