ABŞ dövlət katibi Antoni Blinken İraqa elan olunmamış səfər edib.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın baş diplomatı Türkiyənin paytaxtı Ankaradan Bağdada uçub.
Görünən odur ki, Blinken Suriyada Bəşər Əsəd hökumətinin devrilməsi fonunda turneyə çıxıb.
Dövlət katibi səfər zamanı ABŞ-ın Bağdaddakı səfirliyinə baş çəkib.
Səfər çərçivəsində Blinken İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb, Suriyadakı keçid prosesini müzakirə edib.